“Rusiya-Ukrayna müharibəsi hər iki ölkə ilə ticarət əlaqələri olan Azərbaycana təsirsiz ötüşməyib”.
Eləcə də bax: Rus rublu ilə köçürmələrdə məhdudiyyət var – «AZƏRPOÇT»DAN AÇIQLAMA
FED.az xəbər verir ki, bunu “PAŞA Bank” ASC-nin komplayns və idarəetmə blokunun baş direktoru Anar Kərimov bildirib.
"Bildiyiniz kimi, Rusiyada sanksiya tətbiq olunan maliyyə institutlarının sayı getdikcə artmaqdadır. Sözsüz ki, bu da pul köçürmələrinə problemlər yaradır. Biz digər valyutalarla ödənişlər etməyə cəhd edirik. Bunu isə qanunvericilik icazə verdiyi şəkildə və həddə etmək mümkündür. Beynəlxalq sanksiyanın pozulmasından söhbət gedə bilməz”, - deyə o, qeyd edib. (Report)