Rusiya Mərkəzi Bankının Direktorlar Şurası uçot dərəcəsini 50 bənd azaldaraq 7,5%-ə endirib.
Eləcə də bax: Rusiya büdcəsi vəziyyətə davam gətirmir - PROBLEMLƏR BAŞLAYIB
FED.az xəbər verir ki, "2022-ci il sentyabrın 16-da Rusiya Bankının Direktorlar Şurası əsas faiz dərəcəsini 50 faiz bəndi azaldaraq 8%-dən 7,5%-ə endirmək qərarına gəlib. İstehlak qiymətlərinin cari artım templəri aşağı olaraq qalır, illik inflyasiya yavaşlayır. Bu, bir sıra amillərin, həm də məhdudlaşdırılmış istehlak tələbi ilə bağlıdır. İşgüzar fəallığın dinamikası Rusiya Bankının iyulda gözlədiyindən daha yaxşıdır”, - Mərkəzi Bank qeyd edir.
Bununla belə, tənzimləyicinin fikrincə, Rusiya iqtisadiyyatı üçün xarici şərtlər çətin olaraq qalır və iqtisadi fəallığı əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqda davam edir.
Mərkəzi Bank inflyasiyanın dinamikasını və Rusiya iqtisadiyyatının restrukturizasiyası prosesini nəzərə alaraq növbəti qərarlarını qəbul edəcək.
Rusiya Federasiyası Mərkəzi Bankının məlumatına görə, avqustda Rusiyada illik inflyasiya 14,3%-ə, sentyabrın 9-na olan hesablamalara görə isə 14,1%-ə düşüb.
Mərkəzi Bank Rusiya Federasiyasında 2022-ci il üçün inflyasiya proqnozunu 12-15%-dən 11-13%-ə endirib. (Marja)