Rusiya Mərkəzi Bankı inflyasiyanın sürətlənməsi və rublun ucuzlaşması fonunda sərt pul siyasətini dayandırmamaq qərarına gəlib. Bank ardıcıl üçüncü dəfə uçot dərəcəsini artırıb.
VTB-nin rəhbəri Rusiyadan rublun çıxarılmasına limit tətbiq etməyi - TƏKLİF EDİB
FED.az xəbər verir ki, sentyabrın 15-də keçirilən iclasda Rusiya Mərkəzi Bankının İdarə heyəti uçot dərəcəsini 1,00 faiz bəndi artıraraq illik 12%-dən 13%-ə yüksəldib.
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini iyul ayında illik 7,5%-dən 8,5%-ə qaldırmışdı. Avqustda isə dollar 100 rubl həddini keçdikdən sonra növbədənkənar iclasda uçot dərəcəsini 3,50 bənd artıraraq 12%-ə çatdırmışdı.
Ekspertlər də Rusiya Mərkəzi Bankının faiz artıracağını proqnozlaşdırmışdılar. (Marja)