Rusiya Mərkəzi Bankı martın 10-i üçün dollar və avronun rəsmi məzənnələrini 10 rubldan çox bahalaşdırıb.
Eləcə də bax: Rusiyada banklardan dollar çıxarılmasına - MƏHDUDİYYƏT QOYULDU
FED.az xəbər verir ki, Rusiya Mərkəi Bankı 10 mart 2022-ci il tarixinə dolların rəsmi məzənnəsini 116,0847 rubl səviyyəsində müəyyən edib ki, bu da əvvəlkindən 10 rubl 27.23 qəpik yüksəkdir.
Avronun rəsmi məzənnəsi 10 rubl 81,83 qəpik artırılaraq 126,4395 rubl müəyyən edilib.
Qeyd edək ki, bu gün Moskva birjasında Avronun məzənnəsi 131 rublu, dolların məzənnəsi 120 rublu görüb. (Marja)