Rusiya Mərkəzi Bankı rublun dəstəklənməsi üçün müharibənin ilk günündə həyata keçirdiyi satış istiqamətində valyuta intervensiyalarının (bazara valyuta atışı) həcmini açıqlayıb.
Eləcə də bax: Rusiyada banklar dolları - 200 RUBLA QALDIRDI
FED.az xəbər verir ki, rublu dəstəkləmək üçün Fevralın 24-də ehtiyatlardan təxminən 85 milyard rubl ekvivalentində xarici valyuta xərclənib. Rusiya Bankı bu məlumatları gecikdirərək açıqlayır.
Xəbər verdiyimiz kimi, bugün tarixdə ilk dəfə Moskva birjasında 1 dolların qiyməti 100 rubl səviyyəini keçərək 106 rublu da ötüb. Birjadankənar valyuta bazarında 1 dolların qiyməti 130 rubla yaxındır.
Rusiya Mərkəzi Bankı ötən cümə axşamı, Rusiyanın Ukraynada hərbi əməliyyata başladığı gün rublun kəskin ucuzlaşması fonunda valyuta intervensiyalarına başlayıb. (Marja)