Rusiya üzərində güclü iqtisadi sanksiyalara tab gətirməyən rus rublu ölkə ərazisində rəsmi məzənnə ilə müqayisədə kəskin marja fərqi ilə mübadilə olunur.
Eləcə də bax: Azərbaycanda bu banklar rus rublu ilə - ƏMƏLİYYATLARI DAYANDIRIR - SİYAHI YENİLƏNİR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankı (Bank Rusiya) tərəfindən bazar ertəsinə USD/RUR cütlüyü üçün 83.55 səviyyəsində müəyyən olunsa da bəzi yerli banklar satış mübadilə əməliyyatını 200 rubla qaldırıb.
Məsələn, real zaman şəraitində bankların mübadilə əməliyyatını sinxronizasiya edən bankı.ru saytında “Finam Bank” 1 dolları 200 rubla ticarət edir. Həmin bank alışı isə 85 rubla təklif edir.
Əksər banklar isə dolları 120 rubldan yuxarı satır.