Rusiya Mərkəzi Bankının İdarə Heyəti 2023-cü il avqustun 15-dən əsas faiz dərəcəsini 3,50 faiz bəndi artıraraq illik 12,00%-ə çatdırmaq barədə qərar qəbul edib.
Mərkəzi Bank işə qarışmasa Rusiyada - 1 DOLLAR - 120 RUBL OLACAQ
İndiyədək uçot dərəcəsi 8,5% səviyyəsində idi.
FED.az xəbər verir ki, bu qərar qiymət sabitliyi ilə bağlı riskləri məhdudlaşdırmaq məqsədilə qəbul edilib.
Rusiya Bankının proqnozuna görə, davam edən pul siyasəti nəzərə alınmaqla, illik inflyasiya 2024-cü ildə 4%-ə qayıdacaq. (Marja)