Rusiya Mərkəzi Bankı 3 mart 2022-ci il tarixinə dolların rəsmi məzənnəsini 103,2487 rubl səviyyəsində müəyyən edib ki, bu da əvvəlki göstəricidən 11 rubl 50,3 qəpik çoxdur.
Eləcə də bax: Rusiya Mərkəzi Bankı ölkədən pul köçürmələrinə - 5 MİN DOLLAR LİMİT QOYDU
FED.az xəbər verir ki, Avronun rəsmi məzənnəsi 11 rubl 64,32 qəpik artaraq 114,5544 rubl müəyyən edilib.
Saat 14:52-yə olan məlumata görə, Moskva birjasında ticarət zamanı dolların məzənnəsi 107,04 rubl (+5,74%) səviyyəsində olub, avronun məzənnəsi isə 120,06 rubla (+6,52%) yüksəlib.
Martın 2-də Moskva birjasında hərraclar zamanı dollar və avronun məzənnələri öz tarixi maksimumlarını yeniləyib. Dollar 110 rublu, avro isə 122 rublu ötüb.
Birjadankənar valyuta bazarlarında dollar və avronun qiyməti daha yüksəkdir. (Marja)