“Rusiya mayın 4-dək borclarını dollarla ödəməzsə, onu texniki defolt gözləyir”.
FED.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, xarici banklar Rusiyaya ödənişlərin rublla aparılmasına icazə vermir. Ona görə də Rusiya Maliyyə Nazirliyi kupon gəlirlərinin ödənilməsi və avrobondların geri alınması üçün rublla vəsait köçürüb.
Məlumata görə, Rusiya bu cür öhdəlikləri “yerinə yetirmiş” saysa da, bir çox hallarda xarici kreditorlar rublu xarici borcun ödənilməsi üçün valyuta olaraq tanımırlar.
Qeyd edək ki, Ukraynada apardığı hərbi əməliyyatlara görə Rusiyanın maliyyə sahəsinə də sanksiya tətbiq edilib. (Report)