ABŞ sanksiyaların köməyi ilə Rusiyanı seçim qarşısında qoyur: defolt elan etmək və ya valyuta daxilolmalarını xərcləmək.
Eləcə də bax: "Rusiyada 1998-ci ilin defoltu təkrarlanmayacaq"
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki məlumat verib. Onun sözlərinə görə, “qeyri-məhdud resurs yoxdur”.
Ağ Ev rəsmisi vurğulayıb ki, Rusiya “əlində olan dollar ehtiyatlarını boşaltmaq, yeni daxilolmaları xərcləmək və ya defolt elan etmək” arasında seçim etməli olacaq. Onun fikrincə, sanksiyalar Rusiyanın maliyyə sistemini çöküş həddinə çatdırıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ Xəzinədarlığı Rusiyaya ABŞ banklarında saxlanılan dollar ehtiyatlarından öz suveren borcunun sahiblərinə ödənişlər etməyi qadağan etmişdi. Qadağa aprelin 4-dən qüvvəyə minmişdi.
Rusiyaya qarşı əvvəllər tətbiq edilmiş sanksiyalar dövlət borcuna xidmət zamanı dollar ödənişlərini ən azı may ayında başa çatan lisenziyanın müddəti bitənə qədər qadağan etmirdi.