Türkiyənin ən böyük özəl bankı olan «Is bankasi» Rusiyanin «Mir» ödəniş sistemi ilə əməliyyatları dayandırdığını elan edib.
Eləcə də bax: ABŞ “Mir” ödəniş sistemindən istifadə edənlərə - XƏBƏRDARLIQ EDİB
FED.az xəbər verir ki, Türkiyə bank əməliyyatları dünən – sentyabrın 19-da dayandırıb. Bankdan bununla bağlı açıqlama verilməyib, amma Halk TV elan edib ki, buna səbəb ABŞ Maliyyə Nazirliyi tərəfindən banka qarşı sanksiya təhlükəsinin yaranmasıdır.
Xatırladaq ki, Qərbin Rusiyaya qarşı kütləvi sanksiyaları fonunda Rusiya kart istifadəçiləri «Visa» və «Mastercart» sistemlərindən istifadə edə bilmirlər. Buna görə də turistlərin əsas ödəniş vasitəsil «Mir» ödəniş sisteminin kartlarıdır.