Rusiya Milli Reytinq Agentliyinin rəhbəri Alina Rozentsvet bildirib ki, 2023-cü ildə Rusiyanın milli valyutası bir qədər də ucuzlaşacaq və 1 dollar 75 rubl balans dərəcəsinə meyl edəcək.
FED.az xəbər verir ki, bunu Alina Rozentsvet "İzvestiya"ya müsahibəsində deyib.
Onun fikrincə, 2023-cü ildə rublun zəifləməsi üçün üç əsas səbəb var. Birincisi, Rusiyadan ixrac olunan resursların qiymətinin aşağı salınmasıdır. İkincisi, sanksiyalar səbəbindən neft və qaz hasilatının potensial azalmasıdır. Üçüncü səbəb isə bu həcmləri reallaşdıra bilməməkdir. Ümumiyyətlə, bu il ixrac gəlirlərinin azalması və nəticədə xarici valyuta təklifinin azalması baş verə bilər.
Alina Rozentsvet qeyd edib ki, 1 dolların 75 rubla yüksəlməsi ciddi istehlak inflyasiyasına səbəb olmayacaq, digər tərəfdən federal büdcənin xərclərinin ödənilməsinə kömək edəcək. (Marja)