VTB Azərbaycan, Çin, Hindistan, Vyetnam, Ermənistan və Qazaxıstanda mövcudluğunu saxlamağı planlaşdırır: bu ölkələrdə filial və törəmə bankların mövcudluğu dost ölkələrlə sabit əlaqə kanalını təmin etməyə imkan verir.
Eləcə də bax: Andrey Kostin: “VTB” Azərbaycanda iştirakını - QORUYACAQ
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında VTB-nin rəhbəri Andrey Kostin deyib.
“Bizim filiallarımız və törəmə banklarımız dost dövlətlərlə işin düzgün qurulduğu şəraitdə etibarlı və sabit rabitə kanalını təmin etməyə imkan verir”, - deyə o qeyd edib.
“Yeni filiallar və törəmə banklar açmaq indi çətindir, düşünürəm ki, mövcud olan bankların düzgün fəaliyyət sistemini yaratmaq vacibdir. Ümumiyyətlə, ərəb ölkələri istisna olmaqla, bizim əsas tərəfdaş yurisdiksiyalarımızda, yəni Çin, Hindistan, Vyetnam, həmçinin yaxın xarici ölkələrdə - Ermənistan, Azərbaycan, Qazaxıstan - banklarımız var. Onların (bankların) işləməsi vacibdir”, - deyə Kostin əlavə edib. (İnterfaks-Azərbaycan)