2023-cü ilin yanvar ayında Rusiya dövlət büdcəsində 1,76 trilyon rubl və ya 25 milyard dollarlıq kəsir yaranıb.
BVF Rusiya üçün proqnozunu yaxşılaşdırıb - ABŞ ÜÇÜN PİSLƏŞDİRİB
FED.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin hesblamalarına görə, ilkin məlumatlara əsasən 2023-cü ilin yanvar ayında Rusiyanın dövlət büdcəsinin gəlirləri 1 trilyon 356 milyard rubl olub. Bu 2022-ci ilin yanvarı ilə müqayisədə 35% azdır.
Büdcənin xərcləri isə 3 trilyon 117 milyard rubl olub. Bu göstərici isə ötənilki analoji dövrdən 59% artıqdır.
Maliyyə nazirliyi elan edib ki, 2023-cü ilin yanvar ayında Rusiya büdcəsinin neft-qaz gəlirləri 46%, yəni təqribən 2 dəfə azalaraq 426 milyard rubl olub. Bu ilk növbədə Rusiyanın «Urals» markalı neftinin qiymətinin aşağı düşməsi və təbii qaz ixracının azalması ilə bağlıdır.
Büdcənin digər gəlirləri 931 milyaprd rubl olub ki, bu da ötən illə müqayisədə 28% azdır. Maliyyə Nazirliyi bunu ƏDV və mənfəət vergisi üzrə daxil olmaların azalması ilə izah edib.
Xatırladaq ki, Rusiyanın Milli Rifah Fondunun vəsaitlərinin həcmi 10,8 trilyoqn rubl və ya 154 milyard dollar təşkil edir.