İyunun 24-nə keçən gecə “Vaqner” hərbi birləşməsinin təsisçisi Rusiya Müdafiə Nazirliyinə verdiyi bir neçə bəyanatdan sonra ölkənin iri bankları məzənnələri kəskin artırıb
"Rubl dolları əvəz edə bilər" - "Rosneft"in rəhbəri
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Raiffeisenbank”da rəsmi məzənnə 97.55 rubl/$ və 106.4 rubl/€, VTB-də – 94.5 rubl/$ və 102.5 rubl/€, “Qazprombank”da – 97.3 rubl/$ və 104.3 rubl/€, “Alfa-bank”da – 96.77 rubl/$ və 106.21 rubl/€ , “MTS-bank”da – 95.65 rubl/$ və 104.1 rubl/€ təşkil edir.
İyunun 24-nə Rusiya Mərkəzi Bankının rəsmi məzənnəsi 84.1 rubl/$ və 91.5 rubl/€ səviyyəsində müəyyən olunub.
İyunun 23-ü axşam saatlarında Yevgeni Priqojin Müdafiə Nazirliyini “Vaqner” düşərgəsinə hücum etməkdə günahlandırıb və həmçinin bildirib ki, 25 min nəfər “ölkədə xaosun niyə baş verdiyini anlamağa” çalışır. İyunun 24-ü səhər Yevgeni Priqojin bəyan edib ki, “Vaqner” Rostov-na-Donudakı hərbi obyektlərə nəzarət edir. Prezident Vladimir Putin bunu üsyan və Rusiyaya xəyanət adlandırıb.