Ötən gün baş verən hadisələr fonunda dollar və digər xarici valyutaları kəskin bahalaşdıran Rusiya bankları iyunun 25-də məzənnələri azaldıblar.
Rusiyada dollar və avro - KƏSKİN BAHALAŞDI
FED.az xəbər verir ki, Sberbank 1 dolları 89,79 rubla, avronu 95,75 rubla (bir dollar üçün 90,09 ₽ və bir avro üçün ₽96,06 idi), Tinkoff dolları 89,4 rubl, avronu 97,4 rubla (bir dollar üçün ₽91,1 və avro üçün ₽99,25 olub), Alfa-Bank dolları 90 rubla, avrnu 99 rubla (bir dollar üçün ₽96,77 və avro üçün ₽106,21 idi) endirib. VTB dollarıın məzənnəsini 94,5 rubldan 91,81 rubla, avronu 102,5 rubldan 100,41 rubla, Qazprombank 97,3-dan 91,85 rubla, avronu 104,3 rubldan 98 rubla, Raiffeisenbank isə dolları 97,55 rubldan 92,46 rubla, avronun məzənnəsini 106,4 rubldan 98,96 rubla endirib.
"Sberbank"dan bildirilib ki, hazırda valyuta alışına tələb azalıb, əməliyyatların 90%-i xarici valyuta satışına yönəlib.
Qeyd edək ki, ötən gün "Vaqner" özəl hərbi konvoyunun Moskvaya doğru irəliləməsi fonunda Rusiya bankları xarici valyutaları kəskin bahalaşdırmışdı. (Apa)