Rusiya Mərkəzi Bankı fiziki şəxslər üçün xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri yumşaldır.
Eləcə də bax: Rusiyada 5 min dollarlıq daha bir - QADAĞAN TƏTBİQ EDİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, indi bir hesabdan ayda 10 min dollara qədər, hesabsız isə 5 min dollara qədər vəsait köçürmək mümkündür.
Qaydalar sanksiyaları dəstəkləməyən ölkələrin rezidentləri və qeyri-rezidentlərinə şamil edilir. Eyni imkan Rusiyada əmək və ya mülki hüquq müqavilələri əsasında işləyən bütün digər dövlətlərin qeyri-rezidentlərinə də verilib.
Köçürmə məbləğləri, köçürmə təlimatının verildiyi tarixdə Rusiya Bankı tərəfindən müəyyən edilmiş xarici valyutaların rubla qarşı rəsmi məzənnəsi ilə hesablanacaq.