Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası Ukrayna ilə bağlı baş verənlər fonunda rublun kəskin ucuzlaşmasının qarşısını almaq üçün uçot dərəcəsinin birdən-birə 10,5 faiz bəndi artırılaraq 9,5%-dən 20 %-ə qaldırılması barədə qərar qəbul edib.
Eləcə də bax: Rusiya Bankı Aİ-nin sanksiyaları ilə bağlı - TƏDBİRLƏR GÖRÜB
FED.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Xatırladaq ki, Rusiya Bankı sonuncu dəfə bu il fevralın 11-də uçot dərəcəsini 8,5%-dən 9,5%-ə qaldırmışdı. (Report)