Rusiya Mərkəzi Bankı rubl və xarici valyutada təminatsız istehlak kreditləri və ipoteka üçün yığılmış makroprudensial kapital buferini ləğv edir.
Eləcə də bax: Rusiya Mərkəzi Bankının aktivləri donduruldu – RUBLU QORUMAQ ÇƏTİN OLACAQ - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə tənzimləyicinin bəyanatında deyilir.
Fevralın əvvəlinə onun həcminin 733 mlrd. rubl (8,775 mlrd. ABŞ dolları) olduğu deyilir.
"Kontrtsiklik makroprudensial siyasət çərçivəsində Rusiya Bankı 28 fevral 2022-ci il tarixindən etibarən rubl və xarici valyutada təminatsız istehlak və ipoteka kreditləri üçün yığılmış makroprudensial kapital buferini ləğv edir", - məlumatda bildirilir.
Buferin qeyri-müəyyən müddətə buraxıldığı qeyd olunur. Mərkəzi Bank əlavə edir ki, yeni tələblərə dair risk əmsalları üzrə ehtiyatların səviyyəsinə, zərurət yaranarsa, sonradan yenidən baxılacaq.
Bundan əlavə, tənzimləyici sanksiyalara görə banklara borcunu restrukturizasiya etməyi tövsiyə edir.
Xatırladaq ki, Aİ sanksiyalar çərçivəsində Rusiya Mərkəzi Bankının adından və ya onun adından fəaliyyət göstərən hər hansı hüquqi şəxs, təşkilat və ya orqanla əməliyyatlar da daxil olmaqla, ehtiyatların, habelə Rusiya Mərkəzi Bankının aktivlərinin idarə edilməsi ilə bağlı əməliyyatlar qadağan edib. (Apa)