Rusiya Bankının Direktorlar Şurası fevralın 13-də keçirilən iclasında əsas faiz dərəcəsini 50 baza bəndi azaldaraq illik 15,5 faiz səviyyəsinə endirmək barədə qərar qəbul edib.
Rusiyanın qızıl ehtiyatları tarixdə ilk dəfə olaraq - 400 milyard dolları keçib
FED.az biznes və maliyyə xəbərləri portalı bu xəbər verir ki, bu, pul-kredit siyasətinin yumşaldılması üzrə hazırkı dövrdə faiz dərəcəsinin ardıcıl altıncı azaldılmasıdır. Bu proses 2025-ci il iyunun 6-da başlayıb və həmin vaxt göstərici son üç ildə ilk dəfə illik 20 faizə endirilmişdi. O vaxtdan bəri Rusiya Bankı faiz dərəcəsini mərhələli şəkildə azaltmağı davam etdirib və nəticədə göstərici 15,5 faiz səviyyəsinə çatıb.
Məlumatda qeyd olunur ki, Rusiya Bankı inflyasiyanın sabit şəkildə yavaşlamasını və inflyasiya gözləntilərinin dinamikasını nəzərə alaraq, qarşıdakı iclaslarda əsas faiz dərəcəsinin daha da azaldılmasının məqsədəuyğunluğunu qiymətləndirəcək.
Rusiya Bankının Direktorlar Şurasının əsas faiz dərəcəsi məsələsinə baxacağı növbəti iclası martın 20-nə planlaşdırılıb. (Azərtac)










