Rusiya Mərkəzi Bankı: Rusiyanın qızıl ehtiyatları rekord həddə - 402,7 milyard dollara çatıb
FED.az biznes və maliyyə xəbərləri portalı Rusiya Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, Rusiyanın qızıl ehtiyatları rekord həddə - 402,7 milyard dollara çatıb.
Qeyd olunur ki, Mərkəzi Bank bildirir ki, ümumiyyətlə qızılın Rusiyanın beynəlxalq ehtiyatlarındakı payı 1995-ci ilin yanvar ayından bəri ən yüksək səviyyəyə çatıb — 48,3%. Yəni Rusiyanın bütün ehtiyatlarının 48%-i qızılda saxlanılır.
Ümumiyyətlə, isə Mərkəzi Bankın məlumatına görə, 1 fevral tarixinə Rusiyanın beynəlxalq ehtiyatları 833,6 milyard dollara çatıb (bu ilin 1 yanvar tarixində bu rəqəm 754,9 milyard dollar olub).
Bundan əlavə, Rusiyanın qızıla investisiyası qışın ortalarına qədər 23,3% artaraq rekord həddə - 402,7 milyard dollara çatıb.
Xatırladaq ki, son aylar durmadan bahalaşan qızıl son günlər cidi dəyər itirib. Fevralın 2-də Comex birjasında qızılın qiyməti qlobal miqyasda kəskin şəkildə aşağı düşdü: 22 yanvardan bəri ilk dəfə olaraq troya unsiyasının qiyməti 4700 dollardan aşağı düşdü.
Sonradan qiymətlər nisbətən bərpa olunaraq yenidən 5 min dolları keçib.











