Beynəlxalq Forex bazarında ABŞ dollarının məzənnəsi 9 avqust 2024-cü ildən bəri ilk dəfə olaraq 87 rubldan aşağı düşüb.
Rubl bahalaşır- 12 sentyabr 2024-dən bəri bir ilk
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 11:53-də dollar 1,28% ucuzlaşaraq 86,6246 rubl olub.
Bir çox ekspertlər rublun bahalaşmasını geosiyasətin təsiri ilə əlaqələndirirlər. Belə ki, Ukraynada atəşkəsin elan olunması üçün ABŞ-Rusiya danışıqlarının başlaması, Rusiyaya tətbiq edilmiş sanksiyaların yumşaldılacağı gözləntiləri Rublun dəyər qazanmasına səbəb olur.
Fevralın 12-də Donald Trampla Vladimir Putinin telefon danışığından sonra rubl möhkəmlənməyə başlayıb. Ötən həftə dolların məzənnəsi 88, avro 93 rubldan aşağı düşüb.
Rusiya Mərkəzi Bankının fevralın 25-nə müəyyən etdiyi rəsmi dolların məzənnəsi 88,2 rubl təşkil edir. Fevralın 24-də qiymət 88,16 rubl idi. (Marja)