Beynəlxalq Forex bazarında ABŞ dollarının məzənnəsi 90 rubldan aşağı düşüb, bu, 12 sentyabr 2024-cü ildən bəri ilk dəfə baş verib.
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 11:33-də Forex-də dollar 4,78% ucuzlaşaraq 89,5005 rubla düşüb.
Rusiyanın banklararası bazarında, dollar 3,3% dəyər itirib, məzənnə 90,88 rubla düşüb.
Eyni zamanda, Moskva birjasında mart ayı üzrə icra edilən dollar fyuçersləri 2,69% azalaraq 93,639-a qədər azalıb.
Dünən Trampın Putin ilə telefon danışığı aparması Ukraynada müharibənin sona çatacağı barədə ümidləri artırıb.
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə təmasları davam etdirmək niyyətindədir. O, Səudiyyə Ərəbistanında keçiriləcək ilk birgə görüşü səbirsizliklə gözləyir. Tramp Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb. (Marja)