Beynəlxalq investisiya bankı JP Morgan, sürətli məzənnə dəyişkənliyyinə görə türk lirəsi ilə alqoritmik əməliyyatları üzrə xidmətini dayandırmaq qərarına gəlib.
Eləcə də bax: İş adamları Ərdoğana qarşı çıxdı, prezidentdən cavab: «Ey TÜSİAD...
FED.az xəbər verir ki, UBS-in Türk lirəsi (TL) ilə bağlı hesabat dərc etməyi dayandırmasından sonra, TL bağlı başqa bir qərar JP Morgan tərəfindən verilib.
Qurum müştərilərinə türk lirəsi ilə alqoritmik əməliyyatları üçün broker xidmətləri göstərməyi dayandırıb.
Bankdan müştərilərinə göndərilən məlumatda TL ilə yeni alqoritmik əməliyyatların qəbul edilməyəcəyi bildirilib və mövcud TL alqoritmik əməliyyatlarının qısa müddətdə dayandırılması üçün çağırış edilib.
Qərara səbəb olaraq, Türk Lirəsinin dəyərində kəskin dəyişikliklər göstərilib.
Son illərdə alqoritmik əməliyyatlar bütün dünyada istifadə edilir. Bu sistem avtomatik alış-satış sifarişləri verərək ticarət etməyə imkan verir. İnvestisiya şirkətlərinin hazırladıqları robotlar və alqoritmik hesablamalar sayəsində avtomatik olaraq bazarlarda ticarət etmək mümkündür.
Qeyd edək ki, Türk Lirəsi sürətlə dəyərdən düşür, bu gün Dollar/TL məzənnəsi 18 lirəyə yaxınlaşıb. (Marja)