Beynəlxalq reytinq agentlikləri Azərbaycanın milli valyutasının dəyərsizləşmə riski proqnoz etmirlər.
FED.az Banker.az-a istinadən bildirir ki, bununla bağlı “Moody`s” və “Fitch Rating” agentliklərinin Azərbaycanla bağlı təsdiqlədikləri reytinqdəki qeydlərdə bildirilir.
Eləcə də bax: "Manat devalvasiyaya uğrasa, Azərbaycanın reytinqini aşağı sala bilərik"
Fitch deyir ki, ölkənin strateji valyuta ehtiyatlarının əsasını təşkil edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəlindən cəmi 0.1% azalıb. Agentliyə görə, ARDNF tərəfindən reallaşdırılan hazırkı valyuta satışının səviyyəsi dövlətin 2020-ci il üçün ötən ilin avqust ayında elan etdiyi yenidən işlənmiş büdcə planı ilə uyğundur və manatın ABŞ dollarına qarşı sabit məzənnəsini qorumağa kifayətdir. Lakin, ölkədə COVID-19 infeksiyasının ikinci dalğasının risk ola biləcəyini də vurğulayır.
Fitch həmçinin, Azərbaycanın 2020-ci ilin mart-aprel aylarındakı neftin qiymətinin şok enişindən sonra ARDNF-in valyuta ehtiyyatlarının 2.5 mlrd. dollar əridiyinə diqqət çəkib. O da vuröulanıb ki, hətta Ermənistanla Dağlıq Qarabağ üzərində apardığı münaqişə zamanında belə valyuta bazarında sabitlik hökm sürmüşdür.
“Moody’s” bu ilin sentyabr ayının sonuna Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 41 aylıq mal və xidmət idxalına kifayət edib. bu göstərici 2020-ci ilin ilk yarısı üzrə mal və xidmət idxalı götürülməklə hesablanıb.
“Moody’s” ilin əvvəlində Azərbaycanın strateji valyuta ehtiyatlarının ölkənin 30 aylıq idxalını ödəmək üçün kifayət edəcəyi səviyyəsində olacağını proqnozlaşdırmışdı. Beləliklə, faktiki göstərici agentliyin proqnozunu üstələyib.
“Fitch Ratings” beynəlxalq agentliyinin proqnozlarına görə, 2020-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatlarının 38.3 mlrd. ABŞ dolları təşkil edəcək ki, bu da 23 aylıq idxalı ödəmək üçün kifayətdir.
Bu ilin oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 49.78 mlrd. dollar təşkil edib.