AMB tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün kart sahibini eyniləşdirmədən həyata keçirilən təmassız ödənişlər üzrə müəyyən limitlər müəyyən ediləcək. Bu da təhlükəsizliyin qorunmasına xidmət edəcək.
Mərkəzi Bank kart fırıldaqçıları tərəfindən ən çox istifadə olunan metodları açıqlayıb - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə VİSA ilə Mərkəzi Bankın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli Ödəniş Sisteminin inkişafı və nəzarəti şöbəsinin böyük mütəxəssisi Rəşad Qasımov deyib.
O bildirib ki, bank müştəriləri tərəfindən PIN-kod daxil edilmədən və ya biometrik eyniləşdirmə olmadan həyata keçirilən təmassız ödənişlər üzrə əməliyyatların məbləği üzrə müəyyən limitlər müəyyən ediləcək. Müvafiq limitdən sonra kart sahibinin eyniləşdirilməsi üçün PIN-kodun daxil edilməsi və ya biometrik eyniləşdirmənin həyata keçirilməsi tələb olunacaq.