Ukrayna Ali Radası Prezidenti Vladimir Zelenskinin Rusiyanın bütün banklarına qarşı sanksiyaların tətbiqi ilə bağlı təqdim etdiyi qətnamə layihəsini təsdiq edib.
Dollar ilə hesablaşmaları Qərb ölkələri öz əlləri ilə azaldır"
FED.az xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak özünün “Telegram” kanalında bildirib.
Bununla da Rusiyada qeydiyyatdan keçmiş və yaxud orada yerləşən bütün banklara qarşı sanksiyalar tətbiq edilir və məhdudiyyətlər 50 il müddətində qüvvədə olacaq.
Bura xüsusilə Rusiya Mərkəzi Bankı, bank olmayan kredit təşkilatları (BOKT), ödəniş sistemlərinin operatorları, fond bazarının peşəkar iştirakçıları, sığorta şirkətləri, Rusiya Federasiyasında xidmət göstərən investisiya fondları və digər qurumlar daxildir. (Apa)