Mərkəzi Bank tərəfindən bank, sığorta və qiymətli kağızlar sektorları üzrə yeni qanun layihələri hazırlanır.
Eləcə də bax: AMB-nin yeni sədri faizləri dəyişmədi – AÇIQLAMA
FED.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair keçirilən mətbuat konfransında Mərkəzi Bankın yeni sədri Taleh Kazımov bildirib.
"Hal-hazırda qanunvericilik bazası üzərində işlərə başlanılıb. Bütün proseslərdən keçdikdən sonra, həm bank, həm sığorta, həmçinin digər maliyyə sektoru iştirakçılarına aid olan qanun layihələri təqdim olunacaq",- Kazımov deyib. (Marja)