Xəbər verildiyi kimi, bu gün Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametrlərini açıqlayıb.
Eləcə də bax: Dünya Bankı: Bu il Azərbaycanda ortaillik qiymət artımı - 4,5% OLACAQ
FED.az-ın məlumatına görə Mərkəzi Bankın yeni sədri Taleh Kazımovun sədrliyi ilə keçirilən ilk iclasda faiz dəhlizi parametrləri dəyişməyib. Bu barədə məlumat verən AMB sədri bildirib ki, ötən dövrdə ölkə iqtisadiyyatında əhəmiyyətli dəyişiklik baş verməyib.
Xatırladaq ki, faiz dəhlizinin əsas göstəriciləri 18 martda dəyişib və hazırda aşağıdakı kimidir:
Aşağı həddi - 6.25%, Yuxarı həddi - 9.25%, Uçot faiz dərəcəsi - 7.75%.