Biz inflyasiya meyillərinin proqnozlaşdırdığımız istiqamətdə davam etdiyini görsək, uçot dərəcəsi ilə bağlı qərarlara yenidən baxılmasını nəzərdə tuturuq.
"2025-ci ilin sonuna inflyasiyanın 5,5% olacağı proqnozlaşdırılır"
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, əvvəllər uçot dərəcəsinin dəyişilməz qalması düşünülürdü.
“Biz görsək ki inflyasiya bizim gözlədiyimiz istiqamətdə davam edərsə yəni, inflyasiya hədəf diapozonunda və daha aşağı səviyyələrdə formalaşarsa bu zaman, biz öz pul siyasətimizi yumuşaltma istiqamətində fəaliyyəti nəzərdən keçirəcəyik. İnflyasiya ilə bağlı əvvəlki proqnozlar 5,8% idi indi görürük 5,5% gözlənilir. Üzvlərdən bu siyasəti dəstəkləyənlərdə artır. Ama bizim inflyasiya göstəricimiz xarici və daxili amillərdən asılıdır. Buna görə də növbəti qərarımızı bu proqnozların əsasında verəcəyik”, - deyə Taleh Kazımov əlavə edib.