Dövlət statistika komitəsinin verdiyi məlumata görə dekabrda illik inflyasiya 4,9% təşkil edib.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, xidmət inflyasiyası 6,3% təşkil edib. İllik qiymət artımı ərzaq malları üzrə 5.5%, qeyri-ərzaq malları üzrə 2.4%, xidmətlər üzrə 6.3% təşkil edib. İllik baza inflyasiya 4.4% olub.
Taleh Kazımov qeyd edib ki, inflyasiyaya təsir edən daxili və xarici amillər var. Dünya bazarlarında qiymətlər dəyişikən olub. BMT-nin qurumunun məlumatına əsasən ərzaq qiymətləri 6,7% artmışdır.
"Azərbaycan Mərkəzi Bankının inflyasiya ilə bağlı proqnozlara gəldikdə 2025-ci ilin sonunda inflyasiya 5,5%, 2026-cı ildə isə 3,8% olacağı proqnozlaşdırılır". deyə sədr əlavə edib.