"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda bank sektoru üzrə problemli kreditlərlə bağlı proqnozunu açıqlayıb.
Azərbaycanda problemli kreditər - YENİDƏN ARTMAĞA BAŞLAYIB
FED.az xəbər verir ki, agentlik 2025-ci ilə kimi Azərbaycanda problemli kreditlərin nisbətən artacağını proqnozlaşdırıb.
Belə ki, 2022-ci il üzrə vaxtı ötmüş kreditlərin ümumi kredit portelinə nisbəti 2,9% təşkil edib. "Standard & Poor's" bu il üzrə problemli kreditlərin 3,1%, 2024-cü ildə isə 3,2%-ə kimi artacağını müəyyən edib.
S&P bank sektorunda kredit itkilərinin artacağını proqnozlaşdırıb. Reytinq agentliyi kredit itkilərinin ümumi kredit portfelinə nisbətinin 2023 və 2024-cü illər üçün 1,2% müəyyən edib.
Qeyd edək ki, ötən il üzrə bu rəqəm 1% təşkil edib. (Apa)