Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P) bu il üçün qlobal iqtisadi artım proqnozunu 4,2 faizdən 3,6 faizə endirib.
FED.az xəbər verir ki, S&P-nin yaydığı açıqlamada 2022-ci ilə "sağlam" başlanğıcdan sonra Rusiya-Ukrayna münaqişəsinin qlobal iqtisadi artımı yavaşlatdığı bildirilib.
Risklərin aşağı istiqamətdə olduğuna diqqət çəkən açıqlamada münaqişənin ticarət, enerji və əmtəə qiymətləri, güvən və siyasət reaksiyalarına təsir edəcəyi qeyd edilib.
Açıqlamada bu il üçün qlobal iqtisadi artım proqnozunun 0,6 faiz bəndi azaldılaraq 3,6 faizə salındığı qeyd edilib.
Açıqlamada, ABŞ-ın bu il üçün artım gözləntisinin 0,7 bənd azaldılaraq 3,2 faizə, Avro Bölgəsi iqtisadiyyatı üçün gözləntinin isə 1,1 bənd azaldılaraq 3,3 faizə endirildiyi bildirilib.
Açıqlamada Çin iqtisadiyyatı üçün 2022-ci il üçün artım proqnozunun 4,9 faiz olaraq saxlanıldığı bildirilib.
Eləcə də bax: Avropa Bankı: Rusiyada iqtisadi tənəzzül - GÖZLƏNİLİR
S&P-nin açıqlamasında Rusiya iqtisadiyyatının bu il 8,5 faiz azalmasının gözlənildiyi bildirilib.
Siyasət məsələsi olaraq inflyasiyanın ön plana çıxdığına diqqət çəkilərək, ABŞ dollarının məzənnəsinin yüksəlməsinin maliyyə şərtlərini sərtləşdirəcəyi, iqtisadi artımı yavaşladacağı və digər iqtisadiyyatlara mənfi təsir edəcəyi bildirilib.(Marja)