Hesablama Palatasının sədri dövlət sifarişi üzrə əsas təhdidləri və dövlət satınalmalarının əsas problemlərini açıqlayıb.
Hesablama Palatası - KOTİROVKA SORĞUSU ELAN EDİR
FED.az xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, dövlət sifarişinin formalaşması və icrası üzrə qanunvericilikdə bəzi məsələlərin tənzimlənməməsi və konkret mexanizmlərin olmaması resurs-nəticə əlaqəsinin zəif olması ilə nəticələnir.
Palata sədri dövlət satınalmalarının əsas problemlərinə də toxunub: “Ənənəvi olaraq, dövlət satınalmalarında və ayrı-ayrı növ hüquqi şəxslər tərəfindən satınalmalarda baş verən pozuntularla bağlı məsələlər diqqət mərkəzindədir. Satınalmalar zamanı ehtimal olunan qiymətin düzgün hesablanmaması və vəsaitlərə qənaətli yanaşılmaması kimi hallar üstünlük təşkil edir. Son üç ilin təhlili göstərir ki, qanunvericiliyin tələbləri pozulmaqla müqavilələrə sonradan dəyişikliklərin edilməsi və öhdəliklərinə qarşı vicdanla davranmayan podratçılara qarşı benefisiarlar tərəfindən məsuliyyət tədbirlərinin tətbiq edilməməsi halları artıb. (Apa)