Qarabağda biznesə verilən kreditlərə 90% həcmdə dövlət zəmanəti veriləcək.
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün güzəştlər - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev “Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İqtisadi İslahatlar və Müasir Çağırışlar” konfransında çıxışı zamanı deyib.
O bildirib ki, İqtisadiyyat Nazirliyi tərəfindən Sahibkarlığın İnkişafı Fondu vasitəsilə Qarabağ iqtisadi zonasında sahibkarlığa veriləcək kreditlərə dövlət tərəfindən risklərin 90%-i həcmində zəmanətin verilməsinə qərar verilib.
“Artıq biz əminliklə deyə bilərik ki, Qarabağ iqtisadi zonası üzrə formalaşmış iqtisadi qaydalar bütün digər sahələrdə olduğu kimi maliyyə sektorunda da tətbiqi kifayət qədər effektiv olacaq”- ABA sədri əlavə edib. (Apa)