Azərbaycanda problemli kreditlərin ümumi kredit portfelinə nisbəti beynəlxalq standartların tələb etdiyi faiz dərəcəsindən aşağıdır.
Azərbaycanda problemli kreditlərin məbləği - 27% AZALIB
FED.az xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda keçirilən "Bank mübahisələrinin uğurlu həlli yollar" mövzusunda Elmi-Praktik Konfransda bildirib.
O, qeyd edib ki, bank mübahisələrində mediasiyanın tətbiqi problemli kreditlərin azalmasına təsir edib: "Banklar mediasiya tətbiqindən istifadə etməkə maraqlıdırlar. Hazırda bank sektoru üzrə problemli kreditlərin məbləği 500 milyon manatdan azdır". (Report)