Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 490,1 milyon manat təşkil edib.
Azərbaycanın bank sektorunun xalis mənfəəti - 32% ARTIB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 17,2 % azdır.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,4 %, son 1 ildə isə 27,3 % azalıb.
Bu il mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3 % təşkil edib. Bu nisbət aprelin sonuna 2,8 %, ötən ilin sonuna 2,9 %, ötən il aprelin sonuna isə 3,6 % olub. (Report)