Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) əsas məqsədi Ortaq Türk Qiymətləndirmə Standartlarını hazırlamaqdır.
Türk dövlətləri qiymətləndiriciləri Bakıya toplaşır - III Beynəlxalq Forum keçiriləcək
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.
O qeyd edib ki, bu istiqamətdə Komissiya yaradılıb: "Hər bir ölkənin standartları ümumiləşdirilərək vahid standart yaradılacaq. CAATS olaraq beynəlxalq arenada qiymətləndirmə sahəsində söz sahibi olmaq istəyirik. Bu qurumun inkişaf etdirilməsi üçün müvafiq strukturlar yaradılacaq. Həmçinin qurumun daxilində metodoloji komitənin, arbitraj məhkəməsinin, digər istiqamətlərdə birgə fəaliyyəti təmin etmək üçün Beynəlxalq Əlaqələr Komitəsinin yaradılması ilə bağlı da qərar qəbul edilib". (Report)