Cari əməliyyatlar balansında 4,7 milyard dollarlıq profisit formalaşıb.
AMB: "Azərbaycan iqtisadiyyatına birbaşa 7 milyard dollarlıq xarici investisiya yatırılıb"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfrasında qurumun Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.
O bildirib ki, bu Ümumi Daxili Məhsulun 6,3%-ini təşkil edir. Ölkənin ehtiyat aktivləri 438 milyon dollar azalıb. Azərbaycan neftinin orta qiyməti 84 dollar təşkil edib. Xarici ticarət balansının profisitini formalaşdıran əsas amil ixrac əməliyyatlarıdır. Neft-qaz sektorunda 22,7 milyard dollarlıq ixrac olub. Qeyri-neft qaz ixracı 3,2 milyard dollar təşkil edib.
"Təkrar gəlirlər balansı profsitlidir. Profsit 631 milyon dollar təşkil edib. Azərbaycana xaricdən daxil olmuş pul baratlarının həcmi 1 milyard 83 milyon dollar olub", - deyə Samir Nəsirov bildirib.