Sevindirici haldır ki, Azərbaycanın xidmətlər balansında iki maddə mütəmadi olaraq profsitdədir. Bunlar nəqliyyat və turizm xidmətləridir.
Azərbaycandan ötən il strateji valyuta aktivləri 438 milyon dollar azalıb
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, ötən il nəqliyyat xidmətləri balansının profsiti təxminən 1,3 milyard dollar təşkil etmişdir : "Nəqliyyat xidmətləri dedikdə burada əsasən neft-qaz sektoru üzrə yük daşımaları, boru kəmərləri vasitəsilə yük daşımaları, o cümlədən tranzit gəmiləri ilə daşımalar daxildir. Hesabaat dövründə turizm xidmətlərinin profssiti keçən ilin müvafiq dövrünə nisbətən 32% artaraq 451 milyon dollar təşkil etmişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu dövrdə ölkəyə gələn turistlərin sayı keçən ilin müvafiq dövünə nisbətən 26% artaraq 2 milyon 626 min nəfər təşkil etmişdir".