2024-cü ildə Azərbaycanın kapital və maliyyənin hərəkəti balansında 5 milyard dollar kəsir yaranmışdır
AMB: "Azərbaycan iqtisadiyyatına birbaşa 7 milyard dollarlıq xarici investisiya yatırılıb"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
"Bu dövrdə bir sıra strateji əhəmiyyətli layihələrin və tədbirlərin icrası ilə əlaqədar olaraq, habelə iri həcmli maliyyə öhdəliklərinin ödənişi, həmçinin xarici valyutada dövlət xərclərinin artımı nəticəsində ölkənin strateji valyuta aktivləri təxminən 438 milyon dollar azalmışdır"- deyə S.Nəsirov məlumat verib.