"Dövlət Neft Fondunda olan vəsaitlərin bir hissəsi də banklarda saxlanmalıdır".
Eləcə də bax: Hesablama Palatası son illər 130 mln manatdan çox büdcə vəsatini bərpa edib
FED.az bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
“Dövlət öz vəsaitlərini xarici banklarda saxlayır, yerli banklara etimad göstərmir. Bu halda vətəndaş niyə yerli banklara etimad etsin? Bu zaman vətəndaşların aşağı faizli kreditlərə də çıxışı olacaq, vətəndaşlarımız sandıqda saxladıqları pulları da çıxaracaq. Yenə də qeyd edirəm, əsas məsələnin kökü öyrənilməlidir. Bizim banklar niyə bağlanır? Bunun səbəbləri araşdırılmalıdır”. (APA)