“Hesablama Palatasının son illərdə apardığı audit fəaliyyəti nəticəsində dövlət büdcəsinə 130 milyon manatdan çox vəsait bərpa olunub”.
FED.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, qurumun işində mühüm keyfiyyət dəyişiklikləri özünü göstərir: “2017-ci ildən bəri “Dövlət auditi” adlı jurnal nəşr olunur. Dövlət büdcəsinin tərtibi və icrası ilə bağlı Milli Məclisə təqdim olunan sənədlərin yüksək peşəkarlıqla hazırlandığı nəzərə çarpır və s. Bütün bu proseslərin təkmilləşdirilməsində Vüqar Gülməmmədovun xidmətləri var”.