Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən cari il ərzində Naxçıvan Muxtar Respublikası qurumları üzrə 8 audit nəzarət tədbirinin keçirilməsi nəzərdə tutulub.
Vüqar Gülməmmədov: "Ötən il dövlət büdcəsi 83,3 faiz icra edilib"
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 8 aprel tarixində keçirilən 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Sədr çıxışında bildirib ki, "Nəzarət tədbirlərindən 2-nin nəticəsi bəllidir, 2-nin bu həftə ərzində nəticəsi açıqlanacaq.
Hər il nəzarət tədbirləri keçirərək qurumlarda maliyyə inzibatçılığının yüksəldilməsinə nail olunmaq hədəflənir".