"Moody's Investors Service" ("Moody's") beynəlxalq reytinq şirkəti Rusiyanın emitentin və üstün hüquqa malik təmin edilməmiş borc üzrə uzunmüddətli reytinqlərini "Baa3" səviyyəsində təsdiqləyib.
Eləcə də bax: Rusiyadan Azərbaycana ötən il 900 mln. dollardan çox - Pul Köçürmələri Olub
FED.az xəbər verir ki, "Moody's" ölkənin sözügedən reytinqlər üzrə proqnozunu "stabil" saxlayıb. Sözügedən reytinqlərin "Baa3" səviyyəsində təsdiqi Rusiya iqtisadiyyatının COVID-19 pandemiyası və neft qiymətləri şokuna nisbi dayanıqlığını, aşağı dövlət borcu və güclü fiskal buferlərin mövcudluğunu əks etdirir.
"Moody's" qeyd edir ki, buna baxmayaraq ölkənin iqtisadi böyümə potensialı zəif olaraq qalır və dövlətin iqtisadiyyatda dominant rolu ümumi göstəriciləri mənfi təsir göstərir. Bundan əlavə, Rusiyanın siyasi hadisələrə qarşı həssaslığı və xüsusilə yeni sanksiyaların davamlı riski ölkənin reytinqinin zəif tərəfləridir. (Apa)