Moody's beynəlxalq reytinq agentliyi Belarusun xarici borc öhdəliklərini yerinə yetirmədiyini bəyan edib.
Eləcə də bax: Rusiya Maliyyə nazirliyi defoltla bağlı – XÜSUSİ AÇIQLAMA YAYIB
FED.az xəbər verir ki, bu barədə agentliyin saytında dərc olunan məlumatda deyilir.
Çərşənbə günü (13 iyul - Red) güzəşt müddəti başa çatan Belarus həmin tarixə qədər “Belarus-27” onillik avrobondlar üzrə 22,9 milyon dollar ödəməli idi.
Belarus Maliyyə Nazirliyi ödənişi milli valyutada həyata keçirdiyi üçün Belarus emitentlərinin xarici borcunun sahibləri ödənişləri ala bilməyiblər:
“Belarus rublunda xarici valyuta borcunun ödənilməsi defoltdur”, - agentliyin açıqlamasında deyilir. (Report)