"MilliÖn" ödəniş terminallarındakı "BakıKart" sistemində yeniliklərin tətbiqi ilə bağlı işlər aparılır.
FED.az xəbər verir ki, bu barədə həmin terminalların quraşdırılması və texniki dəstəyi ilə məşğul olan "Komtec" şirkətindən bildiriblər.
Eləcə də bax: “BakıKart”ın balansını onlayn artırmaq - Mümkün Olacaq
Şirkətdən qeyd olunub ki, uyğunlaşdırma işləri başa çatdıqdan sonra vətəndaşlar yenidən "BakıKart"ın balansını "MilliÖn" terminallarından doldura biləcək.
Qeyd edək ki, martın 29-da səhər saatlarında Bakı sakinləri "MilliÖn" terminallarından "BakıKart"ın balansının doldurulması zamanı çətinliklərlə üzləşib. (Trend)