Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya səfərinin sonunda media mənsublarının suallarını cavablandırıb.
Eləcə də bax: Lirə ilin sonunadək ucuzlaşacaq - TMB
FED.az xəbər verir ki, Ərdoğan "Faiz dərəcələri azalmağa başlayıb" deyərək bildirib:
"Biz bunu (faizi) aşağı salacağıq. Bu, iqtisadiyyatdakı şərtlərlə formalaşacaq. Çünki bu elə bir vəziyyətdir ki, həmişə dediyim kimi, dərə yatağında axar. Yavaş-yavaş, tələsmədən, məzənnə aşağı düşəcək, faizlər də eyni şəkildə düşəcək və 2022-ci il bizim ən parlaq ilimiz olacaq. 2023-cü ilə belə girəcəyik. Bu, inflyasiyanı aşağı salır, inflyasiya azalacaq". (Marja)