Türkiyə Mərkəzi Bankı (TMB) bazar iştirakçıları arasında inflyasiyaya dair sorğu keçirib.
Eləcə də bax: Türkiyə Mərkəzi Bankı Lirəni qorumaq üçün dekabrda - 7,3 MİLYARD DOLLAR SATIB
FED.az biznes və maliyyə xəbərləri portalı APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Cumhuriyet" qəzeti yayıb.
Qeyd olunub ki, sorğuya əsasən 12 aylıq inflyasiya gözləntiləri 25,37% olub. Növbəti 24 ay üçün inflyasiya gözləntiləri 14,41%-dən 15,54%-dək yüksəldilib. Bu ilin sonu üçün inflyasiya proqnozu 29,75% olub.
Həmçinin, cari ilin sonu üçün USD/TRY məzənnəsinin 16,13 lirə olacağı qeyd olunub. Xatırladaq ki, hazırda məzənnə 13,53 lirə səviyyəsindədir.