Ötən həftə Bakıda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Boumanın Azərbaycan Mərkəzi Bankı ilə görüşü olub.
"Orta Dəhliz boyu Azərbaycanın tranzit imkanlarının artırılmasına dəstək göstəririk" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, Mark Bouman bildirib ki,kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirmə alətlərinin təkmilləşdirilməsi yolları müzakirə edilib:
"Mərkəzi Bankın yeni sədri ilə görüşümüz zamanı biz Azərbaycanın cari iqtisadi və bank mənzərəsini araşdırdıq və diqqəti kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirmə alətlərinin təkmilləşdirilməsi yollarının axtarılmasına yönəltdik.
Müzakirə etdiyimiz təşəbbüslərdən biri yerli KOB-lara kredit reytinqləri əldə etməkdə kömək etmək üçün Daxili Kredit Reytinq Agentliyinin yaradılması potensialı idi. Biz həmçinin, ehtiyac olarsa, Ekoloji, Sosial və İdarəetmə (ESG) sahələrində təlim və əlavə yardım göstərməklə Mərkəzi Banka öz dəstəyimizi təklif etdik.
Biz 2023-cü il və ondan sonrakı müddətdə Azərbaycanın bank sektorunun sabitliyini və dayanıqlığını gücləndirmək istiqamətində işi davam etdirməyə sadiqik". (Apa)